ABŞ Rusiyaya bəla olacaq silahı Kiyevə göndərir

ABŞ Ukraynaya “Patriot” zenit raket kompleksinin verilməsini nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” agentliyi öz mənbələrinə istinadən yayıb.

Vaşinqton bu barədə yekun qərarı dekabrın 15-də elan edəcək. Kiyevə veriləcək “Patriot”ların ABŞ-nin başqa ölkədəki bazalarından birindən Ukraynaya gətiriləcəyi vurğulanıb.

Qeyd edək ki, Ukrayna son zamanlar Qərbə qarşı tənqidlərini artırıb. Kiyev Qərb ölkələrindən ona hava hücumundan müdafiə sistemlərinin təcili verilməsini və ya bu olmayacağı halda səmasını özünün müdafiəsinə götürməsini istəyir.

Zaira Akifqızı
Globalinfo.az