WhatsApp Image 2024 08 12 at 14.21.42 1

Ukrayna Silahlı Qüvvələrinin hərbi hissəsinə baş çəkən respublikaçı ABŞ konqresmeni Brayan Fitzpatrik Ukrayna mərmisinə imza atıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

“Bu gün Rusiya sərhədinə yaxın cəbhə xəttindən Pensilvaniya ştatındakı konqres dairəmiz adından Vladimir Putinə çox şəxsi mesaj çatdırmaq mənim üçün böyük şərəf idi”-deyə, qeyd edib.

Nəşrdə konqresmenin səfər etdiyi konkret məkan qeyd olunmayıb. Yazıya mərminin imzalandığı və Rusiya ərazisini vurmaq üçün istifadə edildiyi anı əks etdirən foto əlavə olunub.

owl detail 240 4a3f69e36f4873981a81dd1d222f1d95

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: