Xəbər verdiyimiz kimi, ABŞ 75 ölkənin vətəndaşları üçün vizaların verilməsini dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Departamenti qərar qəbul edib.
Miqrant vizasının verilməsi dayandırılan ölkələrin siyahısına Azərbaycan da daxildir.
Həmçinin, Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Kot-d’İvuar, Kuba, Konqo Demokratik Respublikası, Dominikan, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Yamayka, İordaniya, Qazaxıstan, Kosova, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo Respublikası, Rusiya, Ruanda, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən də bu siyahıya daxildir.
“Dövlət Departamenti miqrantları Amerika xalqından qəbuledilməz miqdarda sosial müavinət alan 75 ölkənin vətəndaşları üçün immiqrasiya vizalarının rəsmiləşdirilməsini dayandıracaq. Dondurma ABŞ yeni immiqrantların Amerika xalqından istifadə etməməsini təmin edənə qədər qüvvədə qalacaq”, – Departamentin bəyanatında deyilir.
***19:23
ABŞ Dövlət Departamenti 75 ölkənin, o cümlədən Rusiyanın vətəndaşlarına viza verilməsini müvəqqəti olaraq dayandırır.
Globalinfo.az bildirir ki, Fox News-un əldə etdiyi daxili sənədə əsasən, bu addım dövlət büdcəsinə potensial yük ola biləcək müraciətçilərlə mübarizə çərçivəsində atılıb.
Daxili sənəddə konsulluq əməkdaşlarına ABŞ qanunvericiliyinə uyğun olaraq viza verilməsini müvəqqəti dayandırmaq göstərişi verilib. Hazırda Dövlət Departamenti yoxlama və nəzarət prosedurlarını yenidən qiymətləndirir.
Məhdudiyyət siyahısına Rusiya, Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tayland, Yəmən və digər ölkələr daxildir.
Müraciətlərin qəbulu 21 yanvardan etibarən dayandırılacaq. Viza prosedurlarının tam nəzərdən keçirilməsi başa çatana qədər bu qərarın qüvvədə qalacağı bildirilir.
Əliyar Xəlil
Globalinfo.az