Putinin atəşkəs istəyi qəbul ediləcək? – ABŞ-dan cavab

ABŞ Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Szinpin arasında gözlənilən görüşdən sonra Ukraynada atəşkəsə dair mümkün çağırışları qəbuledilməz hesab edir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Əgər görüş hansısa atəşkəs çağırışına səbəb olarsa, bu, qəbuledilməz olacaq. Çünki bu, yalnız bu günə qədər Rusiyanın qazanclarını ratifikasiya edəcək, Putinə yeni insanlar hazırlamaq və özünə uyğun gələn yeni hücumu planlaşdırmaq üçün vaxt verəcək”, – o bildirib.