ABŞ rəsmən elan etdi – Əliyevlə Paşinyan tezliklə…

Azərbaycan və Ermənistan liderləri yaxın zamanlarda Brüsseldə görüşə bilərlər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

Onun sözlərinə görə, Brüsseldə tərəflər arasında Avropa Şurasının sədri Şarla Mişelin vasitəçiliyi ilə görüş ola bilər.

N.Prays Bakı və İrəvan arasında son aylarda əhəmiyyətli proqresin görüldüyünü bildirib:

“Bu, tərəflər arasında ABŞ-ın iştirakı ilə ikitərəfli və üçtərəfli qarşılıqlı fəaliyyətin, AB-nin diplomatik səylərinin nəticəsidir. Biz bunu yaxın günlərdə Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə keçiriləcək danışıqlarda görməyə ümid edirik. Biz bu dialoqu, diplomatiyanı dəstəkləyirik. Ümid edirik ki, prosesdə inkişafın davamını görəcəyik”.

İlkin Həsənov
Globalinfo.az