ABŞ Salvadora 300 nəfər qruplaşma üzvünü həbsə atdırmaq üçün pul ödəyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Söhbət Venesuelaya aid “Tren de Aragua” qruplaşmasından gedir. ABŞ dəstə üzvlərinin bir il müddətinə həbs edilməsi üçün Salvadora 6 milyon dollar ödəyəcək. Həmin dəstə üzvlərinin ABŞ-dan deportasiya olunduğu bildirilir.
Qeyd edək ki, Salvador və Venesuela tərəfindən sorğuya rəsmi münasibət bildirilməyib.
Aysel Əliyeva
Globalinfo.az