qalibaf eraqci

İran Parlamentinin sədri Məhəmmədbaqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ABŞ-la müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” İranlı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, 19 iyunda nəzərdə tutulan imzalama mərasimində ABŞ-ı vitse-prezident Ceyms Di Vens təmsil edəcək.

Mərasimin baş tutacağı təqdirdə bu, Vaşinqton və Tehranın son 47 il ərzində ən yüksək səviyyəli görüşü olacaq.

Paylaş: