ABŞ-la görüşü belə təsvir etdi

yermakl

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak İstanbulda Kiyev və Vaşinqton arasında aparılan danışıqları üç emoji ilə təsvir edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, öz telegram kanalında yazıb.

Yermak nümayəndələrin görüşünün videosuna üç emoji əlavə edib – Ukrayna bayrağı, ABŞ bayrağı və “əl sıxmaq”.

Qeyd edək ki, İstanbulda ABŞ, Türkiyə və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb.

Bir saatdan çox davam edən görüş Dolmabaxça ofisində baş tutub.

Əliyar Xəlil
Globalinfo.az