
İstanbulda Türkiyə-ABŞ-Ukrayna görüşü başa çatıb.
Globalinfo.az bildirir ki, ABŞ nümayəndə heyəti görüşün keçirildiyi Dolmabahçe Çalışma Ofisini tərk edib.
***12:06
İstanbulda Türkiyə-ABŞ-Ukrayna danışıqları davam edir.
Globalinfo.az xəbər verir ki, görüş Dolmabaxça Çalışma Ofisində keçirilir.
Burada Türkiyə tərəfindən Hakan Fidan, Ukrayna tərəfindən Prezident Aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov, xarici işlər naziri Andrey Sibiqa, ABŞ tərəfindən isə dövlət katibi Marko Rubio, ABŞ-ın Türkiyədəki səfiri Tom Barak və ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keit Kelloq iştirak edir.
***11:52
İstanbulda ABŞ, Türkiyə və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətinin artıq görüş yerinə gəldiyi bildirilib.
Məlumata görə, Dolmabaxça Çalışma Ofisində iki ayrı görüşün baş tutması gözlənilir.
Qeyd edək ki, bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna və Türkiyə-Rusiya-Ukrayna görüşləri keçiriləcək.
***10:16
İstanbulda Rusiya, Ukrayna və Türkiyə nümayəndələri arasında üçtərəfli görüş bu gün saat 12:30-a (Bakı vaxtı ilə 13:30-da – red.) planlaşdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbədən məlumat verilib.