ABŞ və İsrail Yəmənin paytaxtı Sənanın mərkəzinə, milyonlarla insanın Fələstinin Qəzza zolağına dəstək nümayiş etdirdiyi Əl-Sabin meydanı yaxınlığındakı ərazilərə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, paytaxtın ən böyük elektrik stansiyası da zərbəyə məruz qalıb.
“İki milyon insan Qəzza zolağına dəstək üçün Əs-Sabin meydanına toplaşarkən İsrail, Amerika və Britaniya birgə hücuma keçdi. Səna əyalətində Əs-Sabin meydanı və Xəziz elektrik stansiyası ətrafındakı ərazilər hücuma məruz qaldı”, – Husilərin yaratdığı islahat hökumətinin bəyanatında deyilir.
Müşviq Tofiqoğlu
Globalinfo.az