Rusiya Silahlı Qüvvələri Ukraynanın Çerniqov vilayətində yerləşdirilmiş NATO istehsalı kəşfiyyat və elektron mübarizə avadanlıqlarına zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə rusiyalı polkovnik-leytenant Oleq İvannikov danışıb.
Onun sözlərinə görə, NATO ölkələri Ukraynaya radioelektron mübarizə, radioelektron kəşfiyyat vasitələri, eləcə də pilotsuz uçuş aparatlarına qarşı sistemlər təqdim edib. İvannikov bu avadanlıqların böyük hissəsinin Çerniqov vilayətində yerləşdirildiyini və Belarus istiqamətində istifadə olunduğunu iddia edib:
“Sözügedən vasitələrdən Ukrayna hərbçiləri Rusiya sərhədyanı ərazilərini, həmçinin Belarusla sərhəddə hərbi qüvvələrin və yüklərin hərəkətini, eləcə də mülki aviasiyanı izləmək üçün istifadə ediblər. Rusiya ordusunun zərbəsi nəticəsində Ukrayna NATO tərəfindən verilmiş bahalı avadanlıqları itirib”.
Safura Bənnayeva
Globalinfo.az