abs iran 3 900x506 1

ABŞ və İran Omanda keçirilən danışıqlardan sonra nüvə proqramı ilə bağlı təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Diplomat vurğulayıb ki, tərəflər ilk növbədə öz hökumətləri ilə məsləhətləşmələr aparmalıdırlar.

“Ümumilikdə bu, yaxşı başlanğıc idi. Lakin danışıqların davamı paytaxtlarda keçiriləcək məsləhətləşmələrin nəticəsindən asılı olacaq”, — deyə Əraqçi bildirib.

Nazir əlavə edib ki, təmasların davam etdirilməsi ilə bağlı yekun qərar daha sonra açıqlanacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: