ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff və ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi avqustun 1-də Qəzza zolağına səfər edəcək.
Globalinfo.az xəbər verir ki, Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levit məlumat verib. Sfərin məqsədi bölgədə humanitar yardımın çatdırılması ilə bağlı vəziyyəti yerindəcə qiymətləndirməkdir.
Onun sözlərinə görə, Vitkoff və Hakabi bölgədəki ərzaq paylama nöqtələrini yoxlayacaq, çatdırılma planlarını əlaqələndirəcək və yerli sakinlərlə görüşərək ağır şərait haqqında birbaşa məlumat toplayacaqlar.
Kerolin Levit bildirib ki, ABŞ regiona humanitar yardımın fasiləsiz çatdırılmasına sadiqdir.
Xatırladaq ki, iyulun 30-da Ərəb Liqası ölkələri ilk dəfə olaraq HƏMAS-ın fəaliyyətini pisləyib və qruplaşmadan Qəzzadakı hakimiyyətdən imtina etməyi tələb ediblər. Onlar Avropa İttifaqı ilə birgə BMT konfransında imzaladıqları sənəddə HƏMAS-ın tərksilahını və nəzarətin Fələstin Muxtariyyətinə verilməsini istədiklərini bildiriblər.
Tahir Turan
Globalinfo.az