huucmputin

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə apardığı danışıqları yüksək qiymətləndirərək, görüşlərin beynəlxalq təhlükəsizlik və regional sabitlik baxımından mühüm nəticələr verə biləcəyini bildirib.

Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov deyib ki, Tramp və Putin arasında bir-birinə dərin simpatiya var:

“Onların hər ikisi sağçı, hər ikisi əksər məsələlərlə bağlı ənənəvi yanaşmanın tərəfdarıdırlar. ABŞ-ın yeni təhlükəsizlik doktrinasını oxusanız, başa düşəcəksiniz ki, bundan sonra Avrasiyada Avropa və Rusiya üz-üzə qalacaqlar. Ukrayna məsələsinin aqibəti Trampa çoxdan bəllidir və bu baxımdan Rusiya lideri ilə təxminən eyni cümlələri dəfələrlə bəyan ediblər.

Danışıqlar həm ABŞ-Rusiya, həm ABŞ-Ukrayna arasında davam edir, lakin ciddi fikir ayrılıqları var. Gözlənildiyi kimi, müharibə 2025-ci ildə bitmədi və hələ davam edəcək.

Bəziləri Trampı günahlandırıb deyirlər ki, hakimiyyətdə Demokratlar olsaydılar, başqa cür olardı. Amma məsələ burasındadır ki, münaqişənin bu mərhələdəki həlli əvvəlcədən bəllidir və ABŞ-da kim olursa olsun, aşağı-yuxarı eyni mövqeyi ortaya qoyacaqdı”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: