Tehran Bakının “müdafiəsinə” qalxdı: Buna haqqınız yoxdur!

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Braynın İran-Azərbaycan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, N.Kənani ABŞ-ın regiona müdaxilə cəhdlərini dayandırmalı olduğunu deyib.

“Amerikalılar öz avazlarından daha yüksək səslə danışırlar, aidiyyatı olmayan məsələlərə müdaxilə edirlər. ABŞ-ın İranın qonşuları ilə münasibətlərinə qarışmağa haqqı yoxdur. Vaşinqton regionun daxili işlərinə qarışmağı dayandırmalıdır”, -Kənani deyib.

Qeyd edək ki, C. O-Brayn İranın iştirakı ilə Cəmnubi Qafqazda dəhliz yaradılmasından danışıb, Azərbaycanla Ermənistan üçün Rusiya və İran oxun ətrafında gələcək qurulmasının qəbuledilməz olduğunu deyib.

Əliyar Xəlil
Globalinfo.az