owl detail 620 0767ed4e88c9a1693acd2b93d4d94ad1

ABŞ general-mayoru Con Rafferti Rusiya ilə bağlı ciddi xəbərdarlıqla çıxış edib.

Globalinfo.az xəbərinə görə, o, Rusiya Ukraynadakı hərbi fəaliyyətini genişləndirdiyi üçün NATO və Avropa ölkələrini uzaqmənzilli silahların istehsalını təcili artırmağa çağırıb.

Rusiya ordusu bu gün Ukraynada müharibəyə başladığı vaxtdan daha böyükdür,” – deyə general Rafferti qeyd edib.

Rafferti vurğulayıb ki, uzaqmənzilli raketlər ərazinin dərinliklərinə çata bilir və bu silahlar kritik infrastrukturların məhv edilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, Rusiya bu tip silahlardan Ukraynada çox səmərəli şəkildə istifadə edib:

“Onlar enerji obyektləri, logistika marşrutları və digər hədəfləri vuraraq Ukraynanın müqavimət qabiliyyətini zəiflətməyə çalışırlar”.

Tahir Turan
Globalinfo.az

Paylaş: