ABŞ gəmisi husilərin iki raketini vurdu

ABŞ-nin “Grevely” hərbi gəmisi Qırmızı dənizdə Yəmən husilərinin raketlərini vurub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Departament izah edib ki, gəmi husilərin Danimarkanın “Maersk” şirkətinin konteyner gəmisinə hücumuna cavab olaraq iki gəmi əleyhinə ballistik raketi vurub.

“Maersk” ticarət gəmisi Qırmızı dənizin cənubundan keçərkən atəşə tutulub. Gəmiyə ciddi ziyan dəyməyib və tələfat yoxdur.