İsrailin əsas hədəfi İranın ali lideri Müctəba Xamenei rəhbərliyində formalaşan siyasi sistemi zəiflətmək və ölkənin hərbi-siyasi potensialını ciddi şəkildə sarsıtmaqdır.
Globalinfo.az bildirir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
Nazirin sözlərinə görə, İsrail Amerika Birləşmiş Ştatları tərəfindən bununla bağlı “yaşıl işıq” gözləyir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda qapalı müşavirə keçirib. Görüşdə ABŞ-ın İrana qarşı mümkün hərbi addımları və regiondakı vəziyyət müzakirə olunur.
Əliyar Xəlil
Globalinfo.az