ABŞ-da atışma: 22 nəfər öldü – Təfərrüat

ABŞ-nin Lyuiston şəhərindəki atışmanın yeni təfərrüatları məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, silahlı şəxs restoran, mağaza və əyləncə mərkəzinə daxil olaraq atəş açıb.

Qeyd olunub ki, cinayət əməlinin iki şəxs tərəfindən həyata keçirilməsi və onlardan birinin artıq saxlanılması ehtimal olunur.

Men ştatının Polis Departamenti cinayəti törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb. Bu şəxsin Robert Kart olması, onun döyüş təcrübəsinə malik olması və odlu silah təlimatçısı kimi fəaliyyət göstərdiyi qeyd olunub.

Robert Kartın psixoloji problemlərinin olduğu bildirilib. Hazırda çoxsaylı polis dəstələri onun axtarışını həyata keçirir. Şəhər sakinlərinə evlərinə sığınmaq göstərişi verilib. Araşdırmalar nəticəsində məlum olub ki, tək bu hadisə nəticəsində ölənlərin sayı Men ştatında odlu silahdan qətlə yetirilən şəxslərin orta illik sayına bərabərdir (ötən il bu rəqəm 29, 2020-ci ildə isə 20 nəfər olub).

Gun Violence Archive” araşdırma mərkəzinin məlumatına əsasən, baş vermiş hadisə bu il ərzində ABŞ-də baş verən 565-ci kütləvi atışma kimi qeydə alınıb.

***09:01

ABŞ-da silahlı insident zamanı ölənlərin sayı artıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilib ki, atışma zamanı 22 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.

Polis insanları küçəyə çıxmamağı məsləhət görüb.