ABŞ: Bu, Ermənistanla prosesə mane olacaq

“Rusiya bazası gələcəkdə Ermənistanla proseslərə mane ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı analitik Metyu Orr deyib.

Onun sözlərinə görə, Qərb Ermənistan üçün aktual məsələ kimi Moskva ilə münasibətlərin kəsilməsini və ya ölkədəki Rusiya hərbi mövcudluğunun aradan qaldırılmasını gündəmə gətirmir. Lakin Rusiya bazası uzunmüddətli perspektivdə Qərblə Ermənistan arasındakı proseslərə mane ola bilər.

“Ermənistan ərazisində Rusiyanın hərbi bazası olarsa, Birləşmiş Ştatlar indi Gürcüstana təqdim etdiyi şərtləri İrəvana verməyəcək. Hələlik Qərb liderləri hadisələrin necə inkişaf edəcəyini görməyə çalışırlar. Əgər 2-3 ildən sonra vəziyyət dəyişsə, bu məsələ aktuallaşacaq. Eyni zamanda Qərb-Ermənistan yaxınlaşması Azərbaycan və Türkiyəni heç bir halda təhdid etmir. Çünki Türkiyə NATO üzvüdür. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının Azərbaycanla uzun illər məhsuldar əlaqələri var”.

Amerikalı analitik bildirib ki, Cənubi Qafqazda ən böyük oyunçu olmaq arzusu və imkanı Qərb üçün ən vacib prioritet deyil.

“Bu baxımdan dünyada Qərb üçün daha vacib regionlar var. Amma Qərbin Qazaxıstan, Xəzər dənizi və Cənubi Qafqazdan keçən Orta Dəhliz layihəsində marağı var. Bu baxımdan Cənubi Qafqaz mühüm regiondur”, – Metyu Orr vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az