Abdullahian Qətərə getdi – YENİLƏNİB

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qətərə səfər edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İran XİN başçısı ölkəsinin Fələstin məsələsi ilə bağlı diplomatik fəaliyyətini davam etdirmək və Qətər rəsmiləri ilə görüşmək məqsədilə Dohadadır.

Qətər rəsmiləri ilə görüşlərdə HAMAS-İsrail münaqişəsinin əsas müzakirə mövzusu olacağı planlaşdırılıb.

***09:28

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qətər və Türkiyəyə səfər edəcək.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bəkri məlumat verib.

Onun sözlərinə görə, İran XİN rəhbərinin Qətər və Türkiyədəki görüşləri və müzakirələri Fələstindəki son hadisələrə həsr olunacaq.

“Qətərə səfərindən dərhal sonra (31 oktyabr – Qeyd) Abdullahianın Türkiyəyə gedəcəyi, orada ölkə rəsmiləri ilə görüşəcəyi və Fələstindəki vəziyyəti müzakirə edəcəyi planlaşdırılır”.