samsun da egitim ucagi kaza kirima ugradi

Türkiyənin Samsun şəhərində yerləşən Çarşamba hava limanında təlim təyyarəsi eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, hadisədən dərhal sonra hava limanının yanğınsöndürmə-xilasetmə (ARFF) xidməti və aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub. Təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, təlim uçuşunu həyata keçirən tələbə pilotun vəziyyəti yaxşıdır. O, hadisə nəticəsində xəsarət almayıb.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: