İsrail ordusu 2025-ci ilin oktyabr ayında HƏMAS ilə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir.
Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi bölgədəki son vəziyyətlə bağlı məlumatları paylaşıb.
Nazirliyin açıqlamasına görə, son 48 saat ərzində İsrail ordusunun hücumlarında 15 nəfər ölüb, 38 nəfər yaralanıb.
Bununla da, ölənlərin sayı 74 790-a çatıb.
Bundan əlavə, son 48 saat ərzində əvvəlki hücumlarda ölən üç nəfərin cəsədi dağıntılar altından çıxarılıb.