zelenskij 2

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı uzaqmənzilli əməliyyatların planına düzəlişlər edildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, hərbçilər və xüsusi xidmət orqanlarının nümayəndələri ilə Rusiyanın hücumlarına cavab tədbirləri müzakirə olunub.

Zelenski bildirib ki, əməliyyat planlarına Rusiya hərbi sənaye müəssisələrinə və iqtisadi proseslərin müəyyən istiqamətlərinə təsirin gücləndirilməsini nəzərdə tutan dəyişikliklər edilib.

Ukrayna lideri, həmçinin ölkə ərazisindən kənarda, neytral sularda həyata keçirilən əməliyyatlar zamanı beynəlxalq tərəfdaşlarla koordinasiyanın gücləndirilməsi üçün əlavə tədbirlərin müzakirə olunduğunu qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: