
Gürcüstanda futbol qarşılaşması zamanı baş verən insidentlə əlaqədar polis tərəfindən saxlanılan “Beşiktaş” tərəfdarlarının hamısı sərbəst buraxılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Sheva” matçından sonra saxlanılan 16 azarkeş tərəflər arasında aparılan danışıqların ardından azad edilib.
Hadisə ilə bağlı saxlanılan şəxslərin sərbəst buraxılması Gürcüstanla aparılan danışıqlar nəticəsində mümkün olub.
Safura Bənnayeva
Globalinfo.az