Ağsuda 6 yaşlı uşağın üzərinə ağac düşüb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, o, 2020-ci il təvəllüdlü Abdullayev Ramal Ehtiram oğludur.
Uşaq xırdabuynuzlu heyvanları otararkən güclü küləyin sındırdığı ağac onun üzərinə aşıb. Nəticədə o, hadis yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.