Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Cəlilabad şəhərində yeni təhsil müəssisəsinin inşası ilə bağlı satınalma elan edib.
Globalinfo.az xəbər verir ki, layihə Cəlilabad şəhər 8 nömrəli 960 şagird yerlik Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseyin tikintisini əhatə edir.
Satınalmanın ehtimal olunan dəyəri 8 milyon 725 min 176,06 manat müəyyən edilib.