zaxarova 0

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Avropada sülhün yalnız Rusiyaya qarşı mümkün olduğu barədə fikirlərinə cavab verib.

Globalinfo.az xəbər verir ki, Zaxarova Berlinin xarici siyasətini tənqid edərək, Avropadakı problemlərin səbəbini qısagörən və məlumatsız siyasətçilərin qərarlarında gördüyünü bildirib.

Onun sözlərinə görə, Avropanı zəiflədə biləcək əsas amil Rusiyadan qaynaqlanan təhlükə deyil, Qərbi Avropa siyasətçilərinin və bürokratik strukturların məsuliyyətsizliyi və səriştəsizliyidir.

Diplomat Vadefula Almaniya tarixi dərsliklərinə baxmağı məsləhət görüb. Onun sözlərinə görə, almanların bütün çiçəklənmə dövrləri Rusiya ilə münasibətlərin normallaşması ilə üst-üstə düşsə də, Moskva ilə qarşıdurma mütləq alman xalqı üçün fəlakətə gətirib çıxarıb.

Diplomat Avropanın ən böyük ölkəsinin iştirakı olmadan qitənin təhlükəsizliyini müzakirə etməyin mənasız olduğunu vurğulayıb.

Zaxarova Vadefula Almaniyanın tarixini xatırlamağı tövsiyə edib. O iddia edib ki, Almaniyanın inkişaf və çiçəklənmə dövrləri Rusiya ilə münasibətlərin normallaşdığı vaxtlara təsadüf edib, Moskva ilə qarşıdurma isə alman xalqı üçün ağır nəticələr doğurub.

Tahir Turan
Globalinfo.az

Paylaş: