kuveyt reuters 2443621

İranın yüksək rütbəli hərbi rəsmisi Əbülfəzl Şəkarçi Tehranın Küveytə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirməsi barədə iddialara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, İran İslam Respublikası Xəbər Agentliyinin (İRНА) yaydığı məlumata görə, Şəkarçi Küveyt hərbi rəsmilərinin irəli sürdüyü iddiaları qəti şəkildə rədd edib.

O, İran Silahlı Qüvvələrinin Yaxın Şərqdə heç bir hərbi və ya hücum əməliyyatı həyata keçirmədiyini vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: