Gürcüstan Azərbaycan üçün yaxın qonşu, dost və strateji tərəfdaş ölkədir.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir Azərbaycanla Gürcüstan arasında münasibətlərin uzun tarixi olduğunu vurğulayıb.
O bildirib ki, iki ölkə arasında hər zaman qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər olub və bu, hazırda sürətlə inkişaf edir.
Zaira Akifqızı
Globalinfo.az