1038513 res 0 0dcc2545ee34bc26

Ukrayna Finlandiya körfəzində Rusiyaya məxsus quru yük gəmisinə hücumun arxasında Kiyevin dayandığını etiraf edib.

Glibalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hücum Avropada müxtəlif reaksiyalara səbəb olub. Bəzi Avropa tərəfdaşları Baltik dənizində baş verən hadisələrdən narahatdırlar.

Zelenski komandanlığa və nazirlərə tərəfdaşlarla əlaqələri gücləndirmək, onları baş verənlər barədə daha ətraflı məlumatlandırmaq və gözlənilməz halların qarşısını almaq tapşırığı verdiyini bildirib.

Qeyd edək ki, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko noyabrın 21-də Sankt-Peterburqdan Kalininqrada gedən Rusiya quru yük gəmisinin Finlandiya körfəzinin beynəlxalq sularında pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını açıqlayıb. Finlandiya Müdafiə Qüvvələri də hücumda Ukraynanın əli ola biləcəyini istisna etməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: