Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP layihəsinin rəsmi fəaliyyətə başlama tarixini dəyişdiyini açıqlayıb. Layihənin noyabrın 22-də deyil, noyabrın 23-də start götürəcəyi məlum olub.
Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə Teleqram kanalında məlumat yayıb.
O, əvvəlki açıqlamasında layihənin rəsmi açılışının noyabrın 22-də olacağını bildirsə də, sonradan tarixi səhv saldığını etiraf edib.
“Deməli, sabah bazar günüdür. TRIPP layihəsinə rəsmi start bazar ertəsi veriləcək”, – deyə Ermənistanın baş naziri yazıb.
Qeyd edək ki, Paşinyan daha əvvəl süni intellekt mövzusunda keçirilən açıq müzakirədə layihənin noyabrın 22-də rəsmən başladılacağını bildirmişdi. O, TRIPP-in əsas istiqamətlərindən birinin enerji və elektrik enerjisinin tranziti olacağını da vurğulamışdı.
Ermənistan hökumətinin planına əsasən, layihə çərçivəsində ölkənin elektrik şəbəkəsi Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirilməlidir.
Əliyar Xəlil