Tramp 1 1

ABŞ Prezidenti Donald Tramp Ağ Ev aparatının rəhbəri Stiven Millerin prezidentliyə namizədliyini irəli sürməsini təklif edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə mətbuat konfransında deyib.

“Bizdə sensasion xəbər var: o, (Stiven Miller – red.) bu iki nəfərdən daha yaxşıdır!”, – deyə Tramp vitse-prezident Ceyms Di Vens və dövlət katibi Marko Rubioya işarə edərək bildirib.

Daha sonra Amerika lideri Ağ Ev aparatının rəhbərindən soruşub: “Prezidentliyə namizəd olmaq istəyirsinizmi?” Miller isə gülümsəyib, amma cavab verməyib. Tramp həmçinin Milleri “dünyanın ən güclü adamı” adlandırıb.

Paylaş: