WhatsApp Image 2025 12 12 at 13.22.45

Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. O, Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri və sabiq təhsil naziri Misir Mərdanov Məleykə Abbaszadəni təbrik edib.

“Dövlət başçısının, cənab Prezidentin sərəncamı heç bir müzakirə mövzusu olmamalıdır. Biz Prezidentin sərəncamını icra etməli, Məleykə Abbaszadəni rektor kimi qəbul etməli və ona dəstək olmalıyıq. Məleykə xanımı təbrik edirəm”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: