Sumqayıtda binadan yıxılan şairə İlhamə Məhəmmədqızının vəziyyəti orta ağırdır.
Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 1969-cu il təvəllüdlü İlhamə Məhəmmədqızının müalicəsi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir:
“Pasiyentə zəruri tibbi xidmətlər göstərilir və müvafiq müalicə tədbirləri həyata keçirilir. Vəziyyəti orta ağır qiymətləndirilir”.
Xatırladaq ki, noyabrın 16-sı şairə İlhamə Məhəmmədqızı (Məmmədova) yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.