6afdccf25931b6afdccf25931c17950179696afdccf2593196afdccf25931a

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.

Bu barədə Globalinfo.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə konkret layihələrin perspektivlərini nəzərdən keçiriblər.

Bununla yanaşı, regional bağlantıların, Orta Dəhlizin və nəqliyyat-logistika imkanlarının inkişafı məsələləri müzakirə olunub. Bu çərçivədə, eyni zamanda TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi bağlantıların gücləndirilməsinə, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsinə töhfəsi vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında da fikir mübadiləsi aparılıb.

6afdccf138d6f6afdccf138d7017950179696afdccf138d6d6afdccf138d6e scaled 6afdccf1b74756afdccf1b747617950179696afdccf1b74726afdccf1b7474 scaled

Paylaş: