Bakı şəhərinin Nizami rayonunda yerləşən gecə klublarından birinin qarşısında baş verən insidentin təfərrüatı məlum olub.
Globalinfo.az xəbər verir ki, gənc oğlan gecə saatlarında tanışı olan qızla gecə klubuna gəlib. Bir müddət sonra oğlanın sevgilisi cütlüyü həmin məkanda tutub və mübahisə yaranıb.
Hadisədən əsəbiləşən gənc oğlan əvvəlcə maşını yaxınlıqdakı paltar satılan mağazanın vitrininə çırpıb, daha sonra isə qadınlardan biri ilə dalaşıb.
Məlumatlara görə, həmin şəxs polis tərəfindən saxlanılıb.
İnsidentin baş verdiyi gecə klubunun əməkdaşı Əli İbrahimoğlu məsələ ilə bağlı danışıb:
“Qonaq bizim məkana gəlib, istirahət edib və çölə çıxıb. Çöldə baş verənlərdən xəbərimiz olmayıb. Məsələ ilə bağlı aidiyyəti orqanların əməkdaşları gəlib, kamera görüntülərini götürüb, şikayətçiləri dinləyiblər. Məkanda heç bir problem olmayıb, heç kim mübahisə etməyib. Nə baş veribsə, çöldə olub”.
Ətraflı Baku TV-nin videomaterialında:
***10:35
Gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində – “Neftçilər” metro stansiyası yaxınlığında insident baş verib.
Globalinfo.az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, gənc oğlan sərxoş halda gecə klubundan çıxaraq 10 DK 111 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobili yaxınlıqdakı mağazaya çırpıb. Bu zaman onunla birgə olan qadın yola çıxaraq dava-dalaş salıb. Əlbəyaxa dava və təhqiramiz ifadələrlə müşayiət edilən hadisə ətrafdakıların diqqətini çəkib və narahatlığa səbəb olub.
Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, görüntüləri patrul.az yayıb.
