7b6583e7 a908 3a6f b85e eba642d8798d 850

Türkiyədə baş verən atışma zamanı bir neçə azərbaycanlı yaralanıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə İstanbulda qeydə alınıb. Belə ki, Sarıyer rayonunda kafedə iki qrup arasında mübahisə yaranıb. Mübahisə atışma ilə nəticələnib. Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 6 nəfər xəsarət alıb.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili tibbi yardım cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İnsidentin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

 

 

d831b6fc 8908 3b35 9389 cea1f274d8a5 e04d92bb e775 3ddf a8c6 6555b42d4a04 2b8caa4e 4100 321c 893d 8ccabf59f788 3c509f60 1399 3502 a69a 31782510d73f bb7ef156 40b4 34c2 8fe9 fbab2c2ba760

Paylaş: