Xaçmaz rayonunda ağır avtoqəzada ölən gənclə bağlı bəzi təfərrüat bəlli olub.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, “Mitsubishi” markalı avtomobilin ağaca çırpılması nəticəsində həlak olan sürücü, 2000-ci il təvəllüdlü Asim Muradxanov Vətən müharibəsi iştirakçısı olub.
Hadisə rayonun Yalama kəndi ərazisində qeydə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.