Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurası İranın region ölkələrinə hücumları nəticəsində dəyən zərərə görə təzminat ödəməsini tələb edib.
Globalinfo.az xəbər verir ki, təşkilatın baş katibi Casim Məhəmməd əl-Budeyvi BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı beynəlxalq ictimaiyyəti İranı məsuliyyətə cəlb etməyə çağırıb.
Onun sözlərinə görə, fevralın 28-dən indiyədək İran Fars körfəzi ölkələrinə 7 mindən çox raket və pilotsuz uçuş aparatı buraxıb.
Əl-Budeyvi bildirib ki, Tehranla gələcək razılaşmalarda ərəb ölkələrinin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalıdır.
Bu, İranın nüvə proqramına, ballistik raket və dron istehsalına, eləcə də regiondakı silahlı qruplaşmalara dəstəyinə aiddir.
O, həmçinin Fars körfəzi dövlətlərinin onların təhlükəsizliyinə təsir edən bütün danışıqlarda iştirakının vacibliyini vurğulayıb.
Əliyar Xəlil
Glibalinfo.az