Türkiyə və Qətər müdafiə, ticarət, təhsil və diplomatiya sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə beş yeni saziş imzalayıb.
Globalinfo.az xəbər verir ki, sənədlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə İstanbulda, Dolmabağça Prezident Ofisində keçirilən Ali Strateji Komitənin 12-ci iclasının yekunları üzrə imzalanıb.
Razılaşmalar istehlakçı hüquqlarının müdafiəsi, təhsil və münaqişələrin dinc yolla həlli sahələrində əməkdaşlığı da əhatə edir.
İmzalanan sənədlər arasında xüsusi diqqətçəkən məqam Türkiyə ilə Qətər arasında qarşılıqlı müdafiə sazişinin bağlanmasıdır. Sənədi şəxsən Ərdoğan və Qətər əmiri imzalayıblar.
Əliyar Xəlil
Globainfo.az