Merts 1

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampı Rusiya lideri Vladimir Putinlə qarşıdakı görüşündə gözlənilməz qərarlar qəbul etməməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, söhbət Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılan görüşdən gedir.

Merz Dublində Avropa İttifaqı liderlərinin toplantısında çıxışı zamanı bəzi Avropa siyasətçilərinin “Ankoric anı”nın təkrarlanmasından ehtiyat etdiklərini bildirib.

“Xahiş edirəm, heç bir sürpriz olmasın. Avropa və Ukrayna ilə eyni mövqedə qalmağa davam edin”, – deyə kansler ABŞ tərəfinə müraciət ünvanlayıb.

Merzin sözlərinə görə, yaxın vaxtlarda Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Avropa İttifaqı nümayəndələrinin birbaşa iştirakı ilə ilk danışıqların keçirilməsi gözlənilir.

Almaniya kansleri həmçinin Rusiyanın regionda təhlükəsizlik sisteminə yenidən baxılmasını müzakirə etmək niyyətində olduğunu bildirib. Lakin Avropa ölkələri mövcud təhlükəsizlik sisteminin artıq fəaliyyət göstərdiyini əsas gətirərək belə bir dəyişikliyə ehtiyac görmürlər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: