vahid bedelov

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri olmuş şəhid Valeh Bədəlovun atası Vahid Bədəlovun 10 ildir ikinci qrup əlil kimi aldığı pensiya kəsilib.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhidin anası Südabə Qaziyeva bildirib. O bildirib ki, ödəniş oktyabrdan bəri dayandırılııb.

“Həyat yoldaşım 10 ildir pensiya alırdı. Daimi dərmanlara ehtiyacı var, müalicə alır, məhdud həyat tərzi keçirir. Bir neçə ağır xəstəliyi var”,- deyə o vurğulayıb.

Südabə Qaziyeva iddia edib ki, Şəki Rayon Mərkəzi Xəstəxanasında ona və həyat yoldaşına kobud münasibət göstərilib.

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov Oxu.Az-a açıqlamasında qeyd edib ki, Zaqatala rayon sakini, 1967-ci il təvəllüdü Bədəlov Vahid Paşa oğluna təyin olunan əlillik müddəti 07.10.2026-cı il tarixində başa çatıb:

“Vətəndaşla bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən göndəriş elektron sistemə daxil edilməyib.

Şəxslə bağlı tibb müəssisəsi tərəfindən yeni “Forma-88″ rəsmiləşdiriləcəyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər”.

Mövzu ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Vahid Bədəlovun sənədi artıq təsdiqlənib.

Paylaş: