Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
“Məlumat aldıq ki, İlham Əliyev, təəssüf ki, gələ bilməyəcək. Bunun səbəbi onun Heydər Əliyevə həsr olunan ölkədaxili tədbirlərdə iştirak etməli olmasıdır”, – deyə o bildirib.
Uşakovun çıxışı “Yunaşev Live” teleqram kanalında yayımlanıb.
Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri Moskvadakı Qələbə paradına gəlməyəcəklər.