“Azərbaycanda insanlar dollar görməyəndə mənim atamın hesabına dollar gəlirdi. Əslində atam kasıb olub, sonradan öz gücünə, öz istedadına görə bizi də ayağa qaldırıb”.
Globalinfo.az xəbər verir ki, bu sözləri görkəmli bəstəkar Ələkbər Tağıyevin oğlu Xaliq Tağıyev “Astar” layihəsinin efirində deyib.
O bildirib ki, Ələkbər Tağıyev bu gün də xalq tərəfindən sevilir:
“Elə bir azərbaycanlı yoxdur ki, atamın heç olmasa bir neçə mahnısını zümzümə etməsin. Həmişə deyərdi ki, mən olmayacam, amma yenə də mənim hesabıma yaşayacaqsınız. Həqiqətən də bu gün atamın qonorarlarının hesabına yaşayıram. Elə bircə “Sən gəlməz oldun” mahnısı mənə bir milyon dollara yaxın pul gətirib. Bir milyondan da çox. Türkiyədə şirkətlə müqavilə bağlamışam, onların da öz faizləri olur. Mən, məsələn, indi sizlə burada söhbət edirəm, amma qonorarlarım köçür. Bu gəlirlərlə əlaqədar dövlətə 20 faiz vergi ödəyirəm: 10 faizini Azərbaycanda, 10 faizini də Türkiyədə. Bu, mənim adıma yazılan açıq vergidir”.
Əliyar Xəlil
Globalinfo.az
