“İran ABŞ-la qarşıdurma zamanı raketlərin hazırlanması sahəsində təcrübəsini əhəmiyyətli dərəcədə artırıb və onların uçuş məsafəsini genişləndirmək imkanına malikdir”.
Globalinfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri komandanının müşaviri Əli Bilali deyib.
“ABŞ-la son hərbi qarşıdurma İrana raket və pilotsuz uçuş aparatlarının hazırlanması sahəsində təcrübəsini zənginləşdirməyə, həmçinin döyüş sistemlərini sınaqdan keçirməyə və onların effektivliyini artırmağa kömək etdi”, – deyə o bildirib.
Bilali, Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin həftəsi münasibətilə təşkil olunan sərgi haqqında da danışıb:
“Burada 2-3,5 min kilometr mənzilə malik raketlər, eləcə də uçuş müddəti 30 saata qədər olan pilotsuz uçuş aparatları nümayiş etdirilir. Həmçinin müxtəlif hava hücumundan müdafiə sistemləri və Yer səthindən 500 kilometrədək yüksəklikdə orbitə qalxa bilən peykdaşıyıcı raketlər də təqdim olunub. Hədəf və ya istiqamətindən asılı olmayaraq, raketlərimizi müəyyən etdiyimiz istənilən nöqtəyə çatdırmaq imkanına malikik”.
Əliyar Xəlil
Globalinfo.az