Qubada avtomobil qəzasında dünyasını dəyişən Fəqan Ədilov tələbə olub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bir neçə gün öncə rayon ərazisində “Niva” avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində dünyasını dəyişən Fəqan Ədilov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 4-cü kurs tələbəsi olub.
Mərhum akademiyada maliyyə ixtisası üzrə təhsil alırmış.