Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev vəfat edib.
Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, 66 yaşlı diplomat bu gün dünyasını dəyişib.
Aleksandr Darçiyev 2025-ci ilin martından Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tuturdu.
O, 1992-ci ildən Rusiya Xarici İşlər Nazirliyi sistemində çalışıb. 2005–2010-cu illərdə Rusiyanın ABŞ-dakı səfirliyində müşavir-elçi vəzifəsində işləyib. 2014–2021-ci illərdə isə Rusiyanın Kanadadakı səfiri olub.
Darçiyev 2025-ci ilin fevralında İstanbulda keçirilən Rusiya-ABŞ danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edib.
Əliyar Xəlil
Glibalinfo.az