Dzhensen Huang

Respublikaçı senator Kevin Kramer Nvidia şirkətinin baş direktoru Censen Huanı Çin lehinə casusluqda şübhəli bilinən qadınla romantik münasibətləri barədə məlumatların yayılmasından sonra istefa verməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Şantaj riski o qədər yüksək və Nvidia çipləri təhlükəsizlik baxımından elə həssasdır ki, o, vəzifəsini tərk etməlidir”, – senator bildirib.

Kramerin sözlərinə görə, Huanın yeganə ciddi səhvi Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla nikahdankənar münasibəti olsa belə, bu, artıq təhlükəsizlik təhdidi yaradır.

Bundan əvvəl “Nvidia”nın direktorlar şurası şirkət rəhbəri ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Huanq elektron məktubunda sözügedən qadınla romantik münasibətdə olduğunu təsdiqləyib və hərəkətlərinə görə tam məsuliyyət daşıdığını bəyan edib.

Çin Xarici İşlər Nazirliyi isə qadının onların kəşfiyyatına işləməsi ilə bağlı iddiaları böhtan adlandırıb.

“The Washington Post” yazıb ki, Nvidia rəhbəri çinli iş qadını Elis Huanqla ilk dəfə 2023-cü ilin dekabrında görüşüb. Onun bioqrafiyası barədə məlumatların olmaması isə mümkün kəşfiyyat əlaqələri ilə bağlı şübhələri artırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: