img 0930 760x507 quality90

Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan İran İslam Respublikasının vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Globalinfo.az xəbər verir ki, baş nazirin müavini Ermənistan və İran arasında siyasi etimad, qarşılıqlı maraqlara əsaslanan iqtisadi gündəlik və əməkdaşlığın genişləndirilməsində ortaq maraqlara diqqət çəkib.

Qriqoryan bildirib ki, bunlar ikitərəfli münasibətləri yeni, strateji səviyyəyə qaldırmaq üçün möhkəm təməl rolunu oynayır.

Görüşdə hər iki tərəf Ermənistan və İran arasında ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və son illərdə ticarət dövriyyəsində qeydə alınan artımı məmnuniyyətlə qeyd edib.

Həmsöhbətlər regional əlaqələrin bir sıra məsələləri barədə fikir mübadiləsi aparıblar və qeyd ediblər ki, sabitliyin gücləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi və kommunikasiyaların açılması region ölkələri üçün yeni imkanlar yaradacaq.

Paylaş: